Xəzər Xəbər

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət | 10:31 • 29 İyun 2018
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq
Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "Vaz dairəsi"ndən Sumqayıt istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.


"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək. Bu məqsədlə nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.


Bundan başqa, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-liyində (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri də aparılır.

Bu səbəbdən yolda hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılacaq: "Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur".

Xəbər lenti