Xəzər Xəbər

Sağlam arıqlama üsulları Bildikləriniz SƏHV İMİŞ

Cəmiyyət | 14:53 • 28 İyun 2018
Sağlam arıqlama üsulları

Dəyişkən yaşayış şərtləri, sağlam qida tapa bilmək narahatlığı və hər başdan çıxan bir pəhriz məsləhəti sizi artıq çəkilərinizdən xilas edə bilmirsə, o zaman həkim məsləhətlərinə qulaq verərək istədiyiniz bədən formasına qovuşa bilərsiniz.

Pəhriz mütəxəssislərinin tövsiyə etdiyi sağlam arıqlama üsullarını təqdim edirik.

1.Daimi şəkildə əməl etdiyiniz idman proqramınızın keyfiyyətini vücudda oksigenli bir ortam yaradaraq artırmaq mümkündür. Bunun sayəsində itirdiyiniz artıq çəkidən daha zəif görüntüyə malik ola bilərsiniz. Bunun üçün idman edərkən hər 20 dəqiqədən bir 250 ml su içmək lazımdır. Bu üsul həm də daha çox idman etməyinizə, enerji depolamağınıza yardım edəcək. Bol su və burundan nəfəs alıb-vermək kifayətdir. Sürətli çəki itirmək üçün saat 5 radələrində yemək yemək də ən sağlam alternativlərdən biridir.

Sürətlə çəki itirmək üçün neçə öyün yemək yeyilməlidir?

Adətən, insanların çəki itirmək üçün eşitdiyi və tətbiq etməyə cəhd göstərdiyi qayda gündə 6 dəfə yeməkdir. Ancaq sağlam insanlar heç zaman gündə 6 dəfə yemək yeməyə ehtiyac duymaz. Çünki tez-tez yemək bəzi hormonları, özəlliklə, toxluğu hiss etdirən leptini, təzyiq və vücudun insulin tarazlığında balansı pozaraq yemək tələbatını daha da artırır. Sürətli çəki itirmək üçün ən sağlam pəhrizin yemək sayı 4-dür. Səhər, günorta, saat 5 və axşam yeməyi. Öyün arasını 3 saat, ən çox 6 saat müddət qoysanız metabolizmin iş prinsipi də nizama düşər.

Çox su içmək çəki itirir?

Daim eşitdiyiniz daha bir yalanı üzə çıxarırıq: artıq çəkili insan sağlam qidalansa da, gündə litrlərlə su içərək arıqlaya bilməz. Su içməyin məqsədi vücudun su balansını qorumaq və işləməsi üçün lazımi mühitin davamlılığını təmin etməkdir. Gündə 8 fincan su içmək kifayətdir. Ancaq çəki itirmək deyil, yağ yandırmaq istəyirsinizsə, ən az 13 fincan su içilməlidir. Çəki itirərkən vücudun enerjisini itirməmək üçün gündə ən çox 2 dəfə qara çay içmək olar. Metabolizmin hərəkətini sürətləndirmək üçünsə ən çox 5 fincan yaşıl çay tövsiyə edilir.

Daha bir yalan isə pəhrizdə ikən qəhvə içməklə bağlıdır. Gündə 4 dəfə filtrlənmiş qəhvə içməyin heç bir zərəri yoxdur. Əksinə, çəki itimək prosesinə yardımçı olur. Bu məhsulları yemək yeməzdən 1 saat öncə qəbul etmək ən doğru zamandır. Beləliklə, qida dəyərləri ziyan olmaz.

İDMAN

Pəhrizdə ikən bir çox insanın yanlış bildiyi şeylərdən biri də sürətli yürüşdür. Yavaş sürətli uzun müddətli yürüş normal şəkildə tətbiq etdiyiniz idmanla müqayisədə 70 qat daha təsirlidir. Bunun üçün ən az 4 km, ən çox 5,2 km sürətlə 70 dəqiqə gəzmək lazımdır. Həftədə 4 dəfə buna əməl edərsəniz, omba, qarın və ayaqlarda toplanan yağlardan sürətli şəkildə xilas ola bilərsiniz.

OKSİGEN

İdman edərkən daha çox yağ yandırmaq üçün mütləq bol-bol oksigen qəbul etmək lazımdır. Bunun ən asan yolu isə burundan nəfəs alıb-verməkdir.

DUZU AZALDIN

Həyata keçirilən ən önəmli qidalanma xətalarından biri də duzdan istifadədir. Ancaq 1 qr duz vücudda 200-250 ml su saxlayır. Bunun üçün duzdan vaz keçməlisiniz.

MEYVƏ –TƏRƏVƏZ

Günorta tərəvəz, axşam isə yüksək proteinli qidalar yemək çəki itirmək prosesini sürətləndirir.

Hər iki öyündə tərəvəz yemək bir müddət sonra halsızlıq, saç və qaşlarda tökülmə, diqqətin azalması müşahidə edilir. 3-5 həftə sonra çəki itirmə prosesi dayanar. Hər iki öyündə proteinlə zəngin olan sadəcə ət çeşidləri yemək tərəvəzlə müqayisədə daha təsirlidir. Günorta tərəvəz, qatıq, çörək və salat, axşam isə ovuz içi qədər balıq, toyuq, çörək yeyin.

Səhər yeməyi

Səhər yeməklərində hər gün fərqli şeylər yemək də çəkini azaldır. Bu, həm də sevilən bütün yeməklərin yeyilməsini təmin edir. Hər zaman eyni qidaları yemək çəki itirməz.

publika.az

Xəbər lenti