"Azərbaycan Dəmir Yolları" QSC-dən XəzərXəbər-ə verilən xəbərə görə, sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, bu gündən (28 iyundan) etibarən Bakıdan 18.30-da, Sumqayıtdan saat 08.00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.