Xəzər Xəbər

Bu ərazilərdə su olmayacaq

Cəmiyyət | 09:42 • 28 İyun 2018
Bu ərazilərdə su olmayacaq
Gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


"Azərsu" ASC-dən XəzərXəbər-ə verilən məlumata görə, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.


İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.

Xəbər lenti