Xəzər Xəbər

İlansancma daha çox bu rayonlarda olur

Cəmiyyət | 14:51 • 27 İyun 2018
İlansancma daha çox bu rayonlarda olur

Azərbaycanda ilansancma ilə bağlı xəstəxanaya müraciətlər daha çox Hacıqabul, Şirvan, Yevlax, Bərdə, Kürdəmir, Qəbələ rayonlarından daxil olur.


Bunu Trend-ə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.


İlansancma hallarının adətən, aprel ayından başlayaraq müşahidə edildiyini nəzərə çatdıran A.Maqsudovun sözlərinə görə, builki mövsümdə ilan sancan şəxslərin sayı ötənilki mövsümə nisbətən artıb. Ötən il aprelin əvvəlindən iyunun sonunadək cəmi 36 nəfər ilansancma şikayəti ilə mərkəzə müraciət etdiyi halda, bu il qeyd edilən müddətdə həmin şikayətlə mərkəzə müraciət edənlərin sayı 42 nəfər olub.


Şöbə müdiri əlavə edib ki, bu il ilan sancan şəxslərin 8-nin vəziyyəti ağır qiymətləndirilib. İlansancma ilə müraciət edənlərin 6-sı uşaq olub. İlan sancmasından ölüm halları qeydə alınmayıb.


A.Maqsudov Azərbaycanda insanları daha çox gürzə ilanının sancdığını söyləyib.


İlanların insanları daha çox ayağından sancdığını deyən A.Maqsudov qeyd edib ki, digər ilanlarla müqayisədə gürzə ilanının sancması insan üçün daha zərərlidir və onun fəsadları daha çox ola bilər: "Bu ilanın sancmasından sonra orqanizmin sağalması üçün daha çox zaman lazım olur. Eyni zamanda, ilan sancdıqdan sonra onun fəsadları müəyyən müddət ərzində orqanizmdə qalır. Xəstə mərkəzdə müalicə olunduğu dövrdə ilan zəhərinin daxili orqanlara təsirini minimuma endirmək üçün lazımi tədbirlər görülsə də, onda müqavimətin zəifləməsi, vətərlərdə hərəkətsizlik kimi hallar müşahidə edilir. Xəstədə bu dövrün nə qədər davam etdiyini konkret söyləmək mümkün deyil. Çünki bu, individualdır. Bəzi şəxslərdə orqanizmin müqavimətinin zəif olması, vətərdə hərəkətsizlik kimi hallar 2-3 ay, bəzilərində isə yarım il müşahidə edilir”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti