Xəzər Xəbər

Bakıda bağlanan yollar açıldı

Cəmiyyət | 12:00 • 26 İyun 2018
Bakıda bağlanan yollar açıldı

Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradla əlaqədar iyunun 24-dən 26-a qədər Azadlıq meydanı və ona kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət artıq başa çatıb.

XəzərXəbər xəbər verir ki, hazırda paytaxtın bütün üçə və prospektləri avtomobillərin hərəkəti üçün açıqdır.

Qeyd edək ki, iyunun 24-dən başlayaraq paytaxtda hərəkət Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsünün üzərindən keçərək Yusif Səfərova doğru tənzimlənib.

Neftçilər prospektindən gələnlər Rəşid Behbudov küçəsinin kəsişməsindən 28 maya dönəcəklər, Puşkin küçəsindən gələnlər sağa, Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinə, Azadlıq prospektindən gələnlər isə Zərifə Əliyeva küçəsinin kəsişməsindən sağa, Rəşid Behbudov küçəsi istiqamətində hərəkət ediblər.

Xəbər lenti