Xəzər Xəbər

İmtahanından keçənlərə DİM-dən XƏBƏRDARLIQ

Cəmiyyət | 16:56 • 25 İyun 2018
İmtahanından keçənlərə

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üçün aprelin 22-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə müraciət edib.

DİM-dən XəzərXəbər-ə verilən məlumata görə, həmin namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 22 aprel 2018-ci il tarixdə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən müraciət edirlər. Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Xəbər lenti