Xəzər Xəbər

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başlayır

Cəmiyyət | 11:35 • 25 İyun 2018
Müəllimlərin işə qəbulu üçün qeydiyyat başlayır
Bu gündən müəllimlərin işə qəbulu üçün qeydiyyat başlayır.


Təhsil Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu iyunun 25-də başlanılacaq və iyulun 5-dək davam edəcək. Yeni qaydalara əsasən, müəllimlərin işə qəbulunda əcnəbilər də iştirak edə biləcəklər.


Bu il müəllimlərin işə qəbulu müsabiqəsində ölkənin orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən, xaricdə təhsil alan Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə daimi yaşamaq üçün icazəsi olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər də iştirak edə biləcəklər.

Yeni qaydalara görə, müsabiqə başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Təhsil Nazirliyi tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə, elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla 4 mərhələdə keçirilir.

Qəbul müsabiqəsində namizədin topladığı bal iki tədris ili müddətində qüvvədə olur və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir. Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllim işləyən, diaqnostik qiymətləndirmədə iştirak edən şəxslər isə nəticələrə uyğun olaraq birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında, müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
527 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti