Xəzər Xəbər

İzləyin, sevinin, kədərlənin, amma ürəyinizə salmayın...

Cəmiyyət | 15:23 • 24 İyun 2018
İzləyin, sevinin, kədərlənin, amma ürəyinizə salmayın...

Daha riskli qrupa kişilər daxil olub ki, onlarda bu kimi hallar 3,26 dəfə, qadınlarda isə 1,8 dəfə artıb

Rusiya ilk dəfə Dünya çempionatında qrupdan çıxdı, Argentina gözlənilmədən Xorvatiyaya, Almaniya isə Meksikaya uduzdu.

Futbol xəbərləri nə qədər maraqlı olsa da, azarkeşlərin sağlamlığı üçün çox təhlükəlidir. Mütəxəssislər hesab edir ki, sevimli komandanın məğlubiyyəti azarkeşlərin ürəyində problemlər yarada bilər. Və bu elmi şəkildə sübut da edilib.

Təhqiqatçılar müəyyən edib ki, Dünya çempionatı zamanı aritmiya halları və infarkt sayı artıb. 2006-cı ildə Dünya Kuboku zamanı alimlər alman azarkeşlərin sağlamlığı üzərində müşahidələr aparıb. Müəyyən edilib ki, milli komandanın oynadığı günlər aritmiya və infarkt halları orta hesabla 2,66 dəfə artıb. Daha riskli qrupa kişilər daxil olub ki, onlarda bu kimi hallar 3,26 dəfə, qadınlarda isə 1,8 dəfə artıb.

Tom Nquyen izah edir ki, riskin artması bir neçə faktorla əlaqəlidir. Bura emosional gərginlik, düzgün qidalanmama, yağ və kalorili qidaların qəbulu və alkoqollu içkilərin qəbulu daxildir.

Futbol daha çox ürək çatışmazlığı olan insanlar üçün təhlükəlidir. Belə insanlar üçün qol vurulması zamanı qalibiyyət və ya məğlubiyyətin olması ən təhlükəli an hesab edilir.

Bununla yanaşı bir çox insanlar əgər əvvəllər ürək-damar problemləri ilə qarşılaşmayıblarsa və sinələrində ağrı hiss etmirlərsə, aritmiya və infarkt əlamətlərinə fikir vermirlər.

Həkimlər məsləhət görür ki, futbol meydançasında baş verənləri ürəyinizə salmayın və kiçik problemlər belə hiss etdiyiniz zaman həkimə müraciət edin./Sputnik Azərbaycan

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti