Xəzər Xəbər

İmtahanda köçürmənin qarşısını almaq üçün interneti kəsdilər

Cəmiyyət | 15:54 • 21 İyun 2018
İmtahanda köçürmənin qarşısını almaq üçün interneti kəsdilər

Əl-Cəzairdə şagirdlərin imtahan vaxtı köçürməsinin qarşısını almaq üçün bütün ölkədə interneti kəsiblər. Belə ki, bir saat müddətinə internet kəsilməsi 20-25 İyun tarixlərində davam edəcək.

Qərar, 2016-cı ildə keçirilən imtahanlarda köçürülmə və imtahan suallarının sızdırılması problemindən sonra qəbul olunub.

Sadəcə sabit xətlər deyil, mobil telefonlara gedən internet də dayandırılıb. Təhsil Naziri Nouria, verdiyi açıqlamada imtahan prosesində bütün ölkə ərazisində "Facebook” sosial şəbəkəsinə girişə qadağa qoyulacağını bildirib.

Xəbər lenti