Xəzər Xəbər

Alimlər xəbərdarlıq edir: Plastik qablarda süd almayın!

Cəmiyyət | 15:52 • 21 İyun 2018
Alimlər xəbərdarlıq edir:

Plastik və polietilen qablara qablaşdırılmış süd mədə bağırsaq narahatçılıqları və qara ciyərdə problemlər yarada bilər. Rusiyalı ekspertlər belə qənaətə gəliblər. Onlar süd nümunələrində - 40 faiz plastik butılkalarda olanlarda, 58 faiz isə polietilen qablarda olanlarda zərərli ftalatlar müəyyən ediblər.

Qeyd edək ki, plastmassa əlavə edilən ftalatlar ona möhkəmlik və elastiklik verir. Alimlər dəfələrlə diqqət yetiriblər ki, bu kiyəvi maddələr insan orqanizminə zərər verir, məsələn, testosteron və estroqenlə qarşılıqlı əlaqəyə girərək endokret sistemə mənfi təsir göstərir. Bununla da onlar hormonal disbalans yaradır və libidoya pis təsir göstərir.

Ekspertlər kişilərdə sinələrin böyüməsindən –ginekomastiya xəstəliyindən sonra ftalatdan şübhələnməyə başlayıblar.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ftalatlar təkcə zərərli qutudakı süddən orqanizmə keçmir. Bu maddənin daşıyıcıları içkilər və plastik qabda yeməklər, restoran və kafelərdən alınan plastik qablardakı ərzaqlar ola bilər./faktxəbər

Xəbər lenti