Xəzər Xəbər

Azərbaycanda "Ginnesin Rekordlar Kitabı"na düşməyə hazırlıq gedir Yaxında sirr açılacaq

Cəmiyyət | 14:34 • 16 İyun 2018
Azərbaycanda "Ginnesin Rekordlar Kitabı"na düşməyə hazırlıq gedir

Onun ən çox diqqət çəkən yeniliyi bir ağac üzərində fərqli-fərqli meyvələri yetişdirməsidir

Qəbələdə hamı onu yeniliklərlə dolu bir bağban kimi tanıyır. Söhbət Qəbələnin Çuxur Qəbələ kəndində yaşayan Firavan Məmmədyarovdan gedir. Qəhrəmanımız bu sahədə xüsusi istedadı ilə seçilir.

Lakin onun ən çox diqqət çəkən yeniliyi bir ağac üzərində fərqli-fərqli meyvələri yetişdirməsidir. Bağbanın becərdiyi bağda belə meyvə ağacları kifayət qədərdir.

Novatorçu bağban bu il də bağında yeniliklər edib. Belə ki, o, xırda boylu— cırtdan ağaclar yetişdirib və həmin ağacların üzərində artıq meyvə var. Hazırda Firavan kişinin bağında üzərində seleksiya edilmiş yüzlərlə alma, armud, şaftalı və tut ağacına rast gəlmək olar.

Qəhrəmanımız ötən il də yeniliyə imza atıb və bir növ alma ağacına 20 fərqli alma növü calaq edib. Həmin calaqlardan 16-sı tutub və artıq bar verir.

Ümumilikdə, Məmmədyarovun indiyə kimi vurduğu rekord— bir gövdənin üzərində fərqli olaraq 40 meyvə ağacı seleksiya etməsi olub. Onun bağında hazırda 2 mindən artıq meyvə ağacına, həmçinin üzərində fərqli seleksiya aparılmış müxtəlif ağaclara rast gəlmək mümkündür.

Onun bacarığı Qəbələ ilə yanaşı, ətraf rayonlarda da böyük maraqla qarşılanır. Respublikanın digər rayonlarından belə, gələrək onun yetişdirdiyi ağaclardan alıb aparırlar. İnsanlar həvəslə, böyük maraqla onun yeni işləri ilə tanış olurlar.

Hazırda Firavan Məmmədyarovun bağında 150-dən çox fərqli növdə meyvə ağacları var. Hər il payız aylarında novatorçu bağbanın becərdiyi fərqli ağac növlərindən əldə etmək onlarla insan ona müraciət edir.

Qəhrəmanımız tərəvəz bitkilərində də seleksiya aparmaqla bu sahədə böyük uğur qazanıb. Ötən il 1 ədəd pomidor tağı üzərində 3 fərqli sort yetişdirən bağban indi bu sayı 5-ə çatdırmağı qarşısına məqsəd qoyub.

Hazırda özünün sənət əsəri adlandırdığı yeni iş üzərində çalışdığını deyən bağban payız aylarında bunu açıqlayacağını deyib. Qeyd edib ki, həmin qeyri-adi yeniliyi etdikdən sonra "Ginnesin Rekordlar Kitabı"na düşmək üçün müraciət edəcək.

Firavan kişi bildirir ki, bu il payız aylarında onun Gürcüstandan həmkarı gələcək və onlar birgə olaraq hələlik sirr olaraq saxladıqları növbəti seleksiyanı edəcəklər. Bununla da onlar görəcəkləri işlə Ginnes rekordunu əldə edəcəklərinə əmindirlər./Sputnik Azərbaycan

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti