Xəzər Xəbər

Azərbaycanda əhalinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi HANSIDIR?

Cəmiyyət | 11:31 • 16 İyun 2018
Azərbaycanda əhalinin daha çox istifadə etdiyi

2018-ci ilin yanvar-may ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 88,7 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,9 faiz artım müşahidə olunub.

Trend-in məlumatına görə, yüklərin 4,0 faizi dəniz, 6,2 faizi dəmir yolu, 0,1 faizi hava, 62,6 faizi avtomobil nəqliyyatı, 27,1 faizi isə boru kəməri ilə daşınıb.

Hesabat dövründə nəqliyyatçılar 779,3 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,0 faizi avtomobil nəqliyyatı, 12,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2018-ci ilin yanvar-may ayları ərzində 5,5 milyon ton yük, 1052,4 min sərnişin daşınıb, 2017-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 8,1 faiz azalma, sərnişin daşınmasında isə 3,5 faiz artım müşahidə olunub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 55,6 milyon ton yük, 677,9 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,6 faiz və 1,4 faiz artım qeydə alınıb.

Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,7 faiz, sərnişin dövriyyəsi isə 1,4 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,0 faiz artaraq 99,5 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 828,3 min və ya 5,5 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 39,2 faiz artaraq 88,7 min tona çatıb.

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti