Bu gün Bakıda və
Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Səhər
bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Temperatur gecə
18-20° isti, gündüz 26-31° isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata əsasən, Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zuğulba cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22°
isti olacaq. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıx da cənub
küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, havanın
axşam əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın
temperaturu gecə 11-16° isti, gündüz 27-32° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy
rayonlarında gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu
düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə
9-14° isti, gündüz 15-20° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava
əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı,
arabir yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31°
isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu
düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə
13-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°
isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava
əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi qərb rayonlarında
şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi
əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti təşkil
edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava
əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi
əsəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 26-31° isti,
dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.