Xəzər Xəbər

Azərbaycanda bayram namazı qılınıb

Cəmiyyət | 10:31 • 15 İyun 2018
Azərbaycanda bayram namazı qılınıb
Bu gün Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb. 


XəzərXəbər-in məlumatına görə, saat 08.00-da "Əjdərbəy” məscidində, saat 09.00-da isə "Təzəpir” məscidində bayram namazının qılınmasına başlanıb.


"Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib. QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır.

Xəbər lenti