Xəzər Xəbər

Nə qədər əkiz və üçəm doğulub?

Cəmiyyət | 11:32 • 14 İyun 2018
Nə qədər əkiz və üçəm doğulub?
Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44540 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 846-sı əkiz, 33-ü üçəmdir.


Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Xəbər lenti