Xəzər Xəbər

Sonuncu sınaq imtahanının nəticələri bu gün açıqlanacaq

Cəmiyyət | 14:24 • 11 İyun 2018
Sonuncu sınaq imtahanının nəticələri bu gün açıqlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə iyunun 10-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş sual kitabçaları və test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.


DİM-dən xezerxeber.az-a bildirilib ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin gün ərzində (axşam saatlarında) elan olunması nəzərdə tutulur. Sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları ilə DİM-in saytında tanış olmaq mümkündür.


İmtahanın nəticələrini mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.


Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarının elektron versiyasını DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının online satışı "> "Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.


Yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Xəbər lenti