Xəzər Xəbər

Qan qrupu uyğunsuzluğu xəstəliklərin yaranmasına səbəb olur

Cəmiyyət | 12:25 • 11 İyun 2018
Qan qrupu uyğunsuzluğu xəstəliklərin yaranmasına səbəb olur

Körpənin dünyaya gələrkən sağlam və ya xəstə olması, qan qrupu və hansı rezusla doğulması gendən asılıdır. Məsələn, ananın qanı rezus mənfi, körpənin qanı isə resuz müsbət olarsa, bu zaman qan uyğunsuzluğu konflikti baş verər və uşağın sağlamlığında müəyyən problemlər yarana bilər.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin dediyinə görə, valideynlərin qan qrupunun uyğunsuzluğu doğulan körpədə müxtəlif xəstəliklər yaranmasına səbəb olur: "Hamiləlik zamanı bətnə uşaq düşərkən valideynlərin qan qrupu və rezusunda uyğunsuzluq olanda xəstəlik əlamətləri aşkar edilə bilər. Vaxtında tədbir görülmədikdə dünyaya gələn körpə ya əlil doğulur, ya da tələf olur”.


Onun dediyinə görə, hamiləlik zamanı qan uyğunsuzluğu olduqda onun müalicəsi mümkündür. Bunun üçün valideynlər bundan məlumatlı olmalı və bu sahədə yoxlanılma aparılmalıdır: "Qadın məsləhətxanalarında qeydiyyatda olan analar bir neçə dəfə yoxlama və müayinələrdən keçirilir. Əgər ananın səhhətində bu sahədə hansısa şübhə varsa müayinə aparılıb başa çatdırılmalıdır”.


Baş pediatr onu da bildirib ki, qan uyğunsuzluğu probleminin əsas fəsadları təkrar hamiləlik zamanı özünü daha ağır formada göstərir. Ona görə də qabaqlayıcı tədbirlərin görülməsi vacib şərtlərdən biridir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti