Ölkə ərazisində iyunun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata əsasən, Bakıda və Abşeron
yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru yarımadanın bəzi
yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi
əsəcək. Havanın temperaturunun gecə 16-18° isti, gündüz 25-30° isti
olacağı gözlənilir.
Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zuğulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu
20-21° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil,
Şıx) isə zəif şimal-şərq küləyi əsəcək, dəniz suyunun temperaturu
21-22° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava
əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı,
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli
olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə
12-17° isti, gündüz 25-30° isti təşkil edəcəyi ehtimal olunur.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu
düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə
7-11° isti, gündüz 15-20° isti təşkil edəcəyi gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı
ehtimal olunur. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,
dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə
14-18° isti, gündüz 25-30° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu
düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə
11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°
isti təşkil edəcəyi gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava
əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı,
arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın
temperaturunun gecə 14-19° isti, gündüz 27-32° isti təşkil edəcəyi
ehtimal olunur.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-18° isti, gündüz 25-30° isti, dağlarda
gecə 7-11° isti, gündüz 17-22° isti təşkil edəcəyi gözlənilir.