Xəzər Xəbər

Bakı Metropoliteni: "B3" gələn il istifadəyə veriləcək

Cəmiyyət | 13:15 • 7 İyun 2018
Bakı Metropoliteni:

"Bakı Metropoliteninin "Bənövşəyi xətt" üzrə tikilməkdə olan, şərti olaraq "B3"adlandırılan stansiyasında tikinti işləri sürətləndirilib.

Bu barədə "Bakı Metopoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov məlumat verib.

O bildirib ki, stansiyada artıq son model, ən müasir standartlara cavab verən avadanlıqların quraşdırılmasına başlanılıb:

"Digər stansiyalardan fərqli olaraq, yeni nəsil avadanlıqlardan istifadə olunur. Bu gedişlə stansiyanın 2019-cu ilin sonu, 2020-ci ilin birinci rübündə sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır"./publika.az

Xəbər lenti