Xəzər Xəbər

Magistratura imtahanının II mərhələsinin nəticələri açıqlanıb

Cəmiyyət | 17:03 • 5 İyun 2018
Magistratura imtahanının II mərhələsinin nəticələri açıqlanıb

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən magistratura imtahanının (II mərhələ) nəticələri açıqlanıb.


Xezerxeber.az-ın xəbərinə görə, imtahanının nəticələri (2-ci mərhələ) və cavab kartlarının qrafik təsvirləri ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq olar.

Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 8-dən 18-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Xəbər lenti