Xəzər Xəbər

Sel təhlükəsi varmı? Nazirlikdən açıqlama

Cəmiyyət | 17:58 • 4 İyun 2018
Sel təhlükəsi varmı?

"Son bir neçə gün ərzində yağan leysan yağışlar nəticəsində səviyyəsi qalxan bütün çaylarda hazırda enmə müşahidə edilir".


XəzərXəbər xəbər verir ki, bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.


A.Verdiyevin sözlərinə görə, iyunun 5-də Böyük Qafqazın cənub yamacında qısamüddətli yağışlar gözlənilsə də, çaylarda suyun səviyyəsinin yenidən artacağı proqnozlaşdırılmır:


"İyunun 6-sı səhərdən 7-si gündüzədək əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Buna görə də iyunun 7-dək çaylarda suyun səviyyəsinin artacağı gözlənilmir".


Qeyd edək ki, Göyçayda sel suları nəticəsində avtomobil və piyada körpüləri dağılıb, İsmayıllıda isə güclü yağışlar evlərə və əkin sahələrinə ziyan vurub.

Xəbər lenti