Xəzər Xəbər

Hər çəkilən siqaret...

Cəmiyyət | 17:55 • 31 May 2018
Hər çəkilən siqaret...

Siqaret insan orqanizminin ən təhlükəli düşmənlərindən biridir. Onun üzərində uzun illər aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, siqaret tüstüsündə əksəriyyəti nikotin, qətran və xərçəng yarada bilən kanserogenlərdən ibarət 400-ə qədər kimyəvi maddə mövcuddur.


AZƏRTAC tibbi sayt və mənbələrə istinadla xəbər verir ki, iki qutu siqaretin tərkibində 100-120 milliqram nikotin var. Gündə bir siqaret çəkənlərin qəbul etdiyi zəhərli maddə müəyyən vaxtdan sonra ciddi xəstəliklərin yaranmasına zəmin yaradır. Orqanizminə daxil olan nikotin böyrəküstü vəzin adrenalin və noradrenalin hormonları ifraz etməsinə səbəb olur. Bunun nəticəsində ürək və damar xəstəlikləri, eləcə də mədə xorası yaranır. Bununla yanaşı, ürək daha tez-tez döyünür və nəticədə qan təzyiqi yüksəlir. Daimi siqaret çəkənlər bu zərərli vərdişə bir müddət fasilə verdikdə əl və ayaqlara daha az qan işləyir, həmin orqanlarda temperatur aşağı düşür.


Siqaret, həmçinin mərkəzi sinir sisteminin işinə də mənfi təsir edir. Onu çəkənlərdə başgicəllənmə, yorğunluq və halsızlıq halları tez-tez müşahidə olunur, damar divarlarının elastikliyi azalır.


Siqaret tüstüsü ağ ciyərlərə daxil olduqda onun tərkibindəki qətran ağ ciyərlərə çökərək qana keçir, qanda olan oksigenlə birləşir və orqanizmdə oksigen çatışmazlığına səbəb olur. Bu zərərli vərdişə aludə olanlarda siqaret çəkməyənlərlə müqayisədə ağır eşitmə problemi 7 dəfə daha çox müşahidə edilir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
527 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti