Xəzər Xəbər

Sabah hava necə olacaq?

Cəmiyyət | 13:53 • 31 May 2018
Sabah hava necə olacaq?

İyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə bildirilib ki, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərinə gəlincə, şimal çimərliklərdə (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərdə isə (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 7-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında axşam hava şəraitinin təzadlı dəyişməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti