Xəzər Xəbər

Azərbaycanda kişilərin 35,5 faizi siqaret çəkir

Cəmiyyət | 11:31 • 31 May 2018
Azərbaycanda kişilərin 35,5 faizi siqaret çəkir

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən etibarən mayın 31-i Dünya Tütünsüz Günü kimi qeyd edilir. Həmin günün əsas hədəfi ictimaiyyətin diqqətini bu problemə yönəldərək tütünün orqanizmə vurduğu zərər barəsində ictimaiyyəti maarifləndirməkdən ibarətdir.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dünya ictimaiyyəti qarşısına XXI əsrdə tütünçəkməyə son qoyulmasına nail olmaq vəzifəsi qoyulmuşdu, lakin təəssüf ki, hələ də bu mümkün olmayıb. Tütünlə mübarizə davam edir. Dünya Tütünsüz Günün başlıca hədəflərindən biri indiki və gələcək nəsilləri nəinki fəlakətli nəticələrdən, həmçinin tütündən istifadə və tütün tüstüsünün təsiri ilə əlaqədar sosial, ekoloji və iqtisadi fəlakətlərdən qorumaqdır. Tütündən istifadə edilməsi ölüm hallarının artmasına və Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın yaşlı sakinləri arasında hər on nəfərindən birinin ölümünə səbəb olur. Yenə də həmin mənbənin məlumatına əsasən, tütün çəkilməsi 25-dən artıq xəstəliyi, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklərinin yaranmasına səbə olur. Hər il "tütün epidemiyası”ndan altı milyona yaxın, tütün tüstüsündən isə 600 min insan vəfat edir. Hesablamalara görə belə davam etsə, 2030-cu ildə bu pis vərdiş səbəbindən vəfat edənlərin sayı 8 milyona çatacaq.


Ölkəmiz 2005-ci ildən tütünlə mübarizə üzrə konvensiyaya qoşulub və ötən ilin axırlarında Milli Məclisdə tütündən istifadə edilməsini məhdudlaşdıran qanun qəbul olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə kişilərin 35,5 faizi siqaret çəkir. Müstəqil araşdırma və sorğu təşkilatlarının apardığı tədqiqatlara görə, 18-49 yaş arasında olanların 50 faizi bu zərərli vərdişin aludəçisidir. Yenə də həmin mənbələrin apardığı araşdırmalara görə, qadın və uşaqların 41 faizi passiv siqaret çəkməyə məruz qalır. 13-15 yaşlı məktəblilər arasında aparılan sorğu göstərib ki, onların 10,8 faizi siqaretin dadından xəbərdardır.


Müxtəlif ölkələrin sakinləri arasında aparılan sorğulara əsasən bəlli olub ki, tütündən istifadə edənlərin üçdə ikisi siqaretin zərərli


təsirindən xəbərsizdir. Hazırda həmin asılılıqdan xilas olmağın müxtəlif üsullarla müalicəsi var və istənilən yaşda ondan imtina etmək mümkündür.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti