Xəzər Xəbər

BMT-nin Əhali Fondu: Kişilərin sayının həddindən artıq çoxalması ailə qurmaq üçün partnyor tapa bilməməsinə səbəb ola bilər

Cəmiyyət | 11:22 • 31 May 2018
BMT-nin Əhali Fondu: Kişilərin sayının həddindən artıq çoxalması ailə qurmaq üçün partnyor tapa bilməməsinə səbəb ola bilər

"Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da gender bərabərliyi sahəsində bir sıra problemlər qalmaqdadır. Bu gün Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulması bu baxımdan xüsusi diqqət tələb edir".


Trend-in məlumatına görə, bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib.


Onun sözlərinə görə, bu fonemenlə bağlı apardıqları son araşdırma zamanı məlum olub ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımdan xoşagəlməz nəticələrə səbəb ola bilər. Kişilərin sayının həddindən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsinə, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılmasına, ümumi kriminogen durumun daha da ağırlaşmasına, gəlinqaçırma, erkən nikah, insan alveri və s.-yə səbəb ola bilər: "Bu fenomenin qarşısının alınması artıq neçə illərdir ki, BMT-nin Əhali Fondunun əsas fəaliyyət prioritetlərindəndir. Bu istiqamət üzrə Azərbaycan höküməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçiririk".

Xəbər lenti