Xəzər Xəbər

Qeyri-formal məşğulluğun tamamilə aradan qaldırılması mümkün deyil - Nazir müavini

Cəmiyyət | 15:46 • 30 May 2018
Qeyri-formal məşğulluğun tamamilə aradan qaldırılması mümkün deyil -

Qeyri-formal məşğulluğun tamamilə aradan qaldırılması mümkün deyil.


Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Məşğulluq haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.


Nazir müavini bildirib ki, dünya əhalisinin 60 faizə qədəri qeyri-formal fəaliyyət göstərir. İ.İsayevin sözlərinə görə, Avropa ölkələrində qeryi-rəsmi məğulluğun nisbəti 12 faizə qədərdir: "Yəni dünyanın qabaqcıl ölkələri də qeyri-rəsmi məşğulluğu tam aradan qaldıra bilmir. Azərbaycanda da bunun tam aradan qaldırılması mümkün deyil, ancaq bunun dərəcəsinin aşağı salınması üçün tədbirlər görülür. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün müvafiq qurumlar birgə fəaliyyət göstərməlidir. Burada kompleks yanaşma olmalıdır, təkcə inzibati tədbirlərlə aradan qaldırmaq olmaz. Burada iqtisadi tədbirlər, stimullaşdırıcı və maarifləndirici tədbirlər də həyata keçirilməlidir”.


Nazir müavini hesab edir ki, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra qeyri-rəsmi məşğulluq xeyli dərəcədə aşağı düşəcək: "Yəni vətəndaş tibbi sığortadan yararlanmaq üçün qeydiyyatdan keçməlidir, məşğul şəxs qeydiyyata düşməlidir. Türkiyədə tibbi sığortanın tətbiqindən sonra qeyri-rəsmi məşğulluq 30 faiz azaldı. Yəni bu bir misaldır, digər sahələrdə də tədbirlər görməklə qeyri-rəsmi məşğulluğu aşağı salmaq mümkündür”. (Trend)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti