Xəzər Xəbər

Qız abituriyentlərin nəticələri oğlanlardan yüksəkdir - Bu fənlər üzrə

Cəmiyyət | 15:37 • 30 May 2018
Qız abituriyentlərin nəticələri oğlanlardan yüksəkdir -

Son 7 ildə Azərbaycanda orta statistik qız abituriyentlərin riyaziyyat, fizika və kimya fənləri üzrə nəticələri oğlanlardan daha yüksək olur.


Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu çərçivəsində keçirilən panel iclasında deyib.


O bildirib ki, Azərbaycanda qızların bütün təhsil səviyyələri üzrə təhsil alma imkanları var: "Ali və orta məktəbə qəbul olanların 50 faizi qızlar olur".


Qəbul imtahanlarında qızların daha yüksək nəticələr göstərdiyini deyən DİM rəhbəri bildirib ki, qızların daha çox humanitar fənlər üzrə nəticələri yüksəkdir. Son 7 ildə isə orta statistik qız abituriyentlərin riyaziyyat, fizika və kimya fənləri üzrə nəticələri oğlanlardan daha yüksək olur:


"1992-1993-cü illərdə I qrupa tibb ixtisasları daxil olduğu üçün qızların sayı çox idi, lakin 1994-cü ildən sonra həmin qrupdan tibb ixtisasları çıxarıldığı üçün qızların da sayı azaldı. Daha sonra 1-ci qrupa sənəd verən qızların sayı yenidən artmağa başladı. Bu qrupa sənəd verənlərin 35 faizi qız olsa da, qəbul olanların 40 faizi qız olur. Çünki qızların riyaziyyat, fizika və s.-dən nəticələri daha yüksəkdir".


M.Abbaszadə onu da əlavə edib ki, Beynəlxalq Telekommunikasiya Təşkilatının 2017-ci üzrə hesabatına əsasən, inkişaf edən ölkələrdə internetdən istifadədə gender bərabərliyi təmin edilib. Avropa ölkələrinə nisbətən MDB ölkələrində qadın və kişilər arasında internetdən istifadədə fərq azdır. 2017-ci il üzrə olan məlumata görə, dünya üzrə internetdən istifadə ilə bağlı qadın və kişilər arasında olan fərq 250 milyon nəfərdir. Bu rəqəmin azaldılması ölkələrin sosial-iqtisadi inkişafına böyük töhfə verə bilər.


O qeyd edib ki, dünyada əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə baxmayaraq, savadsız qadınlar hələ də əhalinin 60 faizini təşkil edir. (Trend)

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
521 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti