Xəzər Xəbər

Bu il ilan sancması ilə əlaqədar 16 müraciət daxil olub

Cəmiyyət | 11:19 • 30 May 2018
Bu il ilan sancması ilə əlaqədar 16 müraciət daxil olub

Aprel ayından başlayaraq ilan sancması ilə əlaqədar tibbi yardım almaq üçün Respublika Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 16 nəfər müraciət edib.


Xezerxeber.az bildirir ki, bu barədə Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, müraciət edən dörd xəstənin vəziyyəti ağır, digərlərinin isə orta ağır olub. Onların hər biri müayinə edilərək toksiki və kimyəvi tədbirlər görülüb, zərdab vurulub.


Hazırda iki xəstənin müalicəsi davam etdirilir və onlar tam sağalan kimi yaxın günlərdə evə buraxılacaqlar.

Xəbər lenti