Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 28-33, Bakıda
gecə 18-20, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer
təzyiqi 756 civə sütunu, nisbi rütubət 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində - şimal (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq
küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti
təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)
mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz
olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava
şəraiti günün birinci yarısınadək əksər rayonlarda əsasən yağmursuz
keçəcək. Günün ikinci yarısında isə bəzi qərb rayonlarında şimşək
çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə
leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi
əsəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Mayın 25-də Abşeron
yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar
üçün əsasən əlverişli olsa da, axşam saatlarında durğun hava şəraiti diskomfort hissi yarada bilər.