Xəzər Xəbər

Bu yol sabah bağlı olacaq

Cəmiyyət | 14:25 • 23 May 2018
Bu yol sabah bağlı olacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması 24 may axşam saatlarınadək qüvvədə olacaq.

Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur.

Qurum yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir.

Xəbər lenti