Xəzər Xəbər

Orucunu restoranlarda açmaq istəyənlər üçün QİYMƏTLƏR

Cəmiyyət | 15:12 • 21 May 2018
Orucunu restoranlarda açmaq istəyənlər üçün

Bu gün Ramazan ayının 5-ci günüdür. İnsanlar müqəddəs ayı il boyu gözlədikdən sonra bu günlərdə oruc tuturlar. Son bir neçə il ərzində Ramazan ayında oruc tutan həmvətənlərimizin sayı isə artmaqdadır.

Oruc tutan şəxslər sübh azanı verilən andan axşam azanına qədər istər az, istərsə çox, istər bərk, istərsə maye, istər yeyilən, istərsə yeyilməyən (hətta zərərli) hər hansı qidanı qəbul edərsə, onun orucu pozulmuş sayılır.

Cebhe.info xəbər verir ki, son illər oruc tutmuş şəxslər arasında imsak və iftar üçün restoranlara müraciət edənlərin də sayı çoxalmaqdadır. Əgər imsak və iftar yeməklərini evdə deyil, restoranda dadmaq istəsəniz bu sizə biraz baha başa gələ bilər. Restoranlarda sahur menyuları 15 çeşiddən 32 çeşidədək, iftar menyuları isə 4 çeşiddən 7 çeşidə qədər təklif edilir.

Qiymətlər isə restoranlara və təklif edilən təamlara görə dəyişir. Belə ki, imsakın qiymətləri 9-13 manat, iftar qiymətləri isə 9-30 manat aralığındadır. İftar yeməkləri bəzi yerlərdə 5 yaşına qədər uşaqlara ödənişsiz, 5-13 yaşa qədər isə 8 manata təklif edilir. Əksər yerlərdə isə yaşa fərq qoymadan hamı üçün standart qiymətlər var.

Bunu da qeyd edək ki, qiymətlər baha olsa belə, bu restoranlara müraciət edən şəxslərin çoxluğuna təsir etmir. Hətta, iftar vaxtında restoranda boş yer tapmaq müşkülə çevrilir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti