Xəzər Xəbər

Kür çayının Şıxlı-2 məntəqəsində fenolların miqdarı normadan 5 dəfə çox olub

Cəmiyyət | 14:13 • 21 May 2018
Kür çayının Şıxlı-2 məntəqəsində fenolların miqdarı normadan 5 dəfə çox olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayında növbəti monitorinq həyata keçirib.


Departamentdən xezerxeber.az-a bildirilib ki, mayın ikinci ongünlüyündə Kür çayında suyun sərfi mayın birinci ongünlüyünə nisbətən saniyədə 54 kubmetr artaraq 427 kubmetr təşkil edib.


Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.


Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.


Mayın ikinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib.


Suyun oksigen rejimi bütün məntəqələrdə 7,66-8,04 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər lenti