Xəzər Xəbər

Sürücülərin nəzərinə! Bu yollarda hərəkət məhdudlaşdırılır

Cəmiyyət | 12:33 • 18 May 2018
Sürücülərin nəzərinə!

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi - Bayıl dairəsi istiqamətində, həmçinin Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır. Bu məqsədlə, sözügedən yollar axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti üçün qismən məhdudlaşdırılır.

Sürücülərdən əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

Xəbər lenti