Qəbul imtahanında
rekorda imza atan 7 abituriyentdən biri Bakı Türk liseyinin (Türkiyə
Dəyanət Vəqfi) şagirdi Xəyyam Sultanlıdır. O, III ixtisas qrupu üzrə 700
bal toplayıb.
Xəyyam Sultanlı AzVision.az-a açıqlamasında 700 balı toplayacağından əmin olduğunu deyib.
"Özümü
hazır hiss edirdim. Xəbəri eşidəndə yaşadığım hisslər çox möhtəşəmdir.
Liseyimizin 18-ci 700 bal toplayan şagirdiyəm. Burada 5-ci sinifdən
oxuduğum müddətdə dərslərimə məsuliyyətli yanaşmışam. 11-ci sinifdən isə
lisey daxilində kurslarda hazırlaşmışam. Mənimlə yanaşı, iki sinif
yoldaşm müvafiq olaraq 696 və 691 bal toplayıblar”.
Xəyyam hüquqşunaslıq fakültəsində təhsilini davam etdirəcək. Amma oxuyacağı ali təhsil müəssisəsini hələ seçməyib.
"Bu barədə müəllimlərimlə məsləhətləşəcəyəm. Bakı Dövlət Universiteti, ADA, Prezident
yanında Dövlət İdarəçilik Akademiyası seçimlərdən ola bilər. Həmçinin
xarici universitetlərlə əlaqə yaradıb, onlarda təhsil almaq üçün
axtarışlara başlamışam”.