Xəzər Xəbər

Dərsləri boykot edən müəllim məktəbə qaytarıldı

Cəmiyyət | 12:36 • 16 May 2018
Dərsləri boykot edən müəllim məktəbə qaytarıldı

Xəbər verdiyimiz kimi, Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev ona edilən haqsızlıqlara görə dərsləri boykot etmişdi. Müəllimin sosial şəbəkə vasitəsilə çağırışları qısa zaman ərzində böyük səs-küyə səbəb olub.


"Qafqazinfo" xəbər verir ki, müəllimin tələbləri yerinə yetirilib və məktəbə geri qaytarılıb.


"Huquqlarımız bərpa olundu. Tədrisə davam edirik. Gələcəkdə əgər yenə təzyiqlər olsa, yenə mübarizə aparacağıq. Bizə English Language Center ingilis dili mərkəzi yaratmağa da kömək edəcəklərini söylədilər.


Mənə ən çox təsir edən şagirdlərimin dəstəyi oldu. Onlar dəstə-dəstə gəlib mənim məktəbdən getməyimi istəmədiklərini deyirdilər. Elə biz müəllimlərin də ən böyük qazancı o şagirdlərin təhsilidir. Dəstək olan hər kəsə təşəkkür edirəm”.

Xəbər lenti