Xəzər Xəbər

Nizami Gəncəvi adına Qızıl medal sahiblərinə təqdim ediləcək - VAXT BİLİNDİ

Cəmiyyət | 16:08 • 15 May 2018
Nizami Gəncəvi adına Qızıl medal sahiblərinə təqdim ediləcək -

Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.


Xezerxeber.az xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.


Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA-nın növbəti ümumi yığıncağının bu ilin iyunun 8-də keçiriləcəyini bildirib. Ümumi yığıncağın gündəliyindəki məsələlər barədə məlumat verən R.Əliquliyev diqqətə çatdırıb ki, gündəlikdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalının və AMEA-nın adlı mükafatlarının təqdimatı, AMEA-nın Rəyasət Heyəti üzvlüyünə seçkilərin keçirilməsi məsələləri yer alır.


Rəyasət Heyəti AMEA-nın növbəti ümumi yığıncağının bu il iyunun 8-də keçirilməsi və gündəliyinin təsdiqlənməsi haqqında qərar qəbul edib.


İclasda, həmçinin ümumi yığıncağın müzakirəsinə çıxarılacaq məsələlərə aid materialların hazırlanması, seçkinin keçirilməsindən irəli gələn məsələlərin həllinin təmin edilməsi və digər məsələlərlə bağlı struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.

Xəbər lenti