Xəzər Xəbər

Valideynlərə xəbərdarlıq! Uşaqlar arasında yoluxucu virus yayılıb

Cəmiyyət | 13:20 • 15 May 2018
Valideynlərə xəbərdarlıq!

Son zamanlar uşaqlar və böyüklər arasında qusma, ishal, yüksək temperatur halları artıb. Bu hal uşaqlarda daha ağrılı olur. Çünki bu müddətdə azyaşlılar iştahdan kəsilərək daha çox zəifləyirlər. Mövcud vəziyyətin nədən baş verdiyinin bilinməməsi isə hər kəsi təşvişə salır.

XəzərXəbər medicina.az-a istinadən bildirir ki, pediatr Xəyalə Quliyevanın sözlərinə görə, son zamanlar yayılan məhz rota virusu xəstəliyidir. Onun sözlərinə görə, xüsusilə 5 yaşına kimi uşaqlarn bu virusa yoluxmaq ehtimalı daha yüksəkdir:

"Nəcis analizi vasitəsilə diaqnozu təsdiqləmək mümkündür. Xəstəlik yoluxucudur Tənəffüs və ya təmas yolu ilə digər insanlara da keçə bilər. Müddəti 3-7 gündür. Bu virusun özünün sağalma müddəti var. Görüləcək tədbirlər sadəcə xəstəliyin şiddətini azaltmaq üçündür".

Həkim qeyd edib ki, əgər uşaqda gün ərzində ishal 10-12 və qusma 3-5 dəfəni keçərsə sistemə ehtiyac duyula bilər:

"Bəziləri ilk olaraq antibiotikdən istifadə edirlər. Qeyd edim ki, belə zamanda antibiotikdən istifadə etmək doğru deyil. Çünki xəstəlik müəyyən müddətdən sonra keçəcək. Sistemlə isə şiddəti azaltmaq mümkündür".

Qeyd edək ki, X. Quliyeva virusun peyvəndlə qarşısını almağın mümkün olduğunu və körpəyə ilk 6 ayda vurulduğunu da söyləyib.

Xəbər lenti