Sarımsaqlı südün İNANILMAZ FAYDASI
İbn Sinanın ən güclü CAVANLIQ RESEPTİ
Təbiət insana 200 il yaşamaq şansı verməyib, amma ömrümüzü sağlam yaşamaq üçün zəngin və faydalı bitkilərlə mükafatlandırıb.
XəzərXəbər big.az-a istinadən bu yazıda oxucuları bədəni
möhkəmləndirən, immuniteti artıran, həmçinin Hindistanda ölümsüzlük
iksiri kimi tanınan reseptlə tanış edir.
Hələ qədim zamanlardan xalq təbibləri, həkimlər və kimyaçılar ölməzlik
iksirinin reseptini tapmağa çalışırdılar. Onlar otlardan, meyvə və
tərəvəzlərdən müxtəlif cür faydalı məhlullar və cövhərlər
hazırlayırdılar. Amma istənilən vəsaiti indiyədək icad emək mümkün
olmayıb...
Hər halda bəzi uğurlar qazanmaq onlara müvəffəq olub. Və orta əsrlə
dövrünün təbiblərinin hazırladığı reseptlər orqanizmi möhkəmləndirmək
məqsədilə bu günə qədər istifadə olunur.
Qədim reseptləri araşdıran tarixçilər müəyyən ediblər ki, ən çox rast
gəlinən məhsullar sarımsaqla südün qarışığıdır. Bu da təəccüblü deyil,
axı məşhur təbib İbn Sina da elə hesab edirdi ki, sarımsaq bir çox
xəstəliklərin dərmanıdır. Bunu müasir elmi araşdırmalar da dəfələrlə
sübut edib. İbn Sina sarımsaqla südün qarışığını hətta ən güclü cavanlıq
iksiri adlandırıb.
Resept:
Kiçik qazana 1 stəkan süd tökürük və onu odun üstünə qoyuruq. Süd
qaynamağa başlayanda 2 diş sarımsağı çox xırda halda doğrayıb qazana
tökürük. Qazanın qapağını bağlayıb soyuması üçün kənara qoyuruq. 10
dəqiqədən sonra cavanlıq cövhəri hazır olur.
Sarımsaqlı süd cövhərini həftədə bir dəfə və 1 stəkan istifadə etmək məsləhət görülür.