Xəzər Xəbər

Azərbaycan məktəblərində rüşvət QALMAQALI böyüyür

Cəmiyyət | 12:20 • 15 May 2018
Azərbaycan məktəblərində rüşvət
"Kütləvi şəkildə müəllimlər yerli təhsil idarəçilərindən, məktəb rəhbərlərindən şikayətlənir. Bunu xüsusən təhsil qruplarında və müəllimlərin statuslarında açıq-aydın görə bilərsiz. Mən hələ gizlədilən şikayətləri demirəm”.

BAKU.WS AzEdu.az-a istinadən xəbər verir ki, bunu Lənkəran rayonu Gəgiran kənd orta məktəbinin müəllimi Həbib Əlizadə bildirib.

O, rayon məktəblərində müəllimlərə edilən təzyiqlərdən danışaraq bunları qeyd edib:"Vəziyyət yaxşı deyil. O bəh-bəhlə, həvəslə sizlərə tanıtdığımız işini görmək istəyən gənc müəllimlər də direktorlardan, onların münasibətlərindən beziblər. Qarşıdan müəllimlərin işə qəbul imtahanı gəlir. İnsanlar min bir ümidlə işə başlayır. Sonra isə bezirlər. İnsanlara boş ümidlər vermək doğru deyil.

Müəllim sosial vəziyyətinə baxmayaraq faydalı işlər görmək istəyir, amma məktəb rəhbərləri onlara dəstək əvəzinə mane olur, pul tələb edir, problem yaradırlar. Ümid edirəm bununla bağlı kompleks tədbirlər görüləcək. Yoxsa hər hansı bir fərdi problemi həll etmək hələ uğurlu təhsil islahatı demək deyil”.

Xatırladaq ki, dünən Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev sosial şəbəkədə paylaşım edərək Rayonun Təhsil Şöbəsinin və məktəbin direktorunun ona qarşıedilən haqsızlıqlara cavab olaraq dərsləri boykot etmişdi.


Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti