Xəzər Xəbər

"Qalatasaray" transfer bombasını partladır

Cəmiyyət | 14:28 • 13 May 2018
"Qalatasaray" transfer bombasını partladır

Gələn mövsüm Bafetimbi Qomislə bərabər hücum xəttində yer almaq üçün daha bir hücumçu axtaran "Qalatasaray" istədiyi oyunçunu tapıb.


İstanbul klubu Mario Mandzukiçi heyətin qatır. İddialara görə, İstanbul klubu 31 yaşlı xorvat ulduz üçün "Yuventus"la danışıqlara başlayıb və ilk görüşlərdə müəyyən razılıqlar əldə olunub. Mandzukiçin özünün də gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacatı demək olar ki, rəsmiləşən "Qalatasaray"da çıxış etməyin əleyhinə olmadığı deyilir.


Qeyd edək ki, karyerasına Xorvatiyanın "Marsonia" klubunda başlayan Mandzukiç daha sonra "Zaqreb"də oynayıb və 2007-ci ildə 1,5 milyon avroya "Dinamo"ya transfer olunub. 2010-cu ildə "Volfsurq" onu 7 milyon avroya alıb və 2 il sonra 13 milyona "Bavariya"ya satıb. 2014-cü ildə 22 milyon avroya "Atletiko"ya transfer olunan futbolçu bir il sonra 21 milyona "Yuventus"a satılıb. 31 yaşlı hücumçu cari mövsümdə meydana çıxdığı 41 rəsmi matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti