Azərbaycanda mayın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə havanın
çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Temperatur gecə 14-16° isti, gündüz 19-23° isti təşkil edəcək.
Naxçıvan
Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış
yağacağı gözlənilir. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11° isti, gündüz 18-23° isti olacağı
ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 4-8° isti, gündüz 9-14° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava
əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı,
arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Temperatur gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı
yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti,
gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacağı
gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava
əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı,
arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti
təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın
temperaturunun gecə 14-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 4-9°
isti, gündüz 12-17° isti olacağı ehtimalı var.