Xəzər Xəbər

Son 15 ilin ən DƏHŞƏTLİ İSTİLƏRİ Umayra Tağıyeva SƏBƏBLƏRİ AÇIQLADI

Cəmiyyət | 18:20 • 8 May 2018
Son 15 ilin ən DƏHŞƏTLİ İSTİLƏRİ

"Son günlər ölkə ərazisinə orta troposferdə bərqərar olmuş cənub və cənub-qərb axınları ilə Şimali Afrikadan nisbətən isti hava kütlələri daxil olur. Yer səthində isə hava şəraitini nisbətən alçaq təzyiq sahəsi təyin edir. Belə bir sinoptik şəraitdə havanın temperaturu iqlim normasından yüksəlir. Son günlər ərzində havanın temperaturu normadan 5-7 dərəcə yüksək olub”.

Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, temperatur normadan yüksək olsa da, may ayı üçün mütləq maksimum temperatur-rekord göstəriciyə çatmayıb:

"May ayı üçün rekord göstərici 35.5 dərəcədir, bu günlərdə isə maksimum temperatur 30 dərəcə müşahidə edilir. Son illərin may ayı üçün temperatur göstəricilərinə nəzər salsaq, 2013-cü ildə 31.4 dərəcə isti qeydə alınıb, ondan əvvəlki illərdə 30 dərəcə müşahidə edilib. Yəni bu il may ayında müşahidə edilən istilər qeyri-adi hal deyil”.

U.Tağıyevanın sözlərinə görə, son illərin tendensiyası göstərir ki, may ayında havanın orta aylıq temperaturunun normadan yüksək olduğu illərin sayı artıb:

"Son 15 ilin 10 ili ərzində may ayında anomal isti qeydə alınıb. Bəzi illərdə bu fərq iqlim normasından 3.2 dərəcəyədək təşkil edib. Bu da kifayət qədər yüksək göstəricidir. Son 5 il ərzində isə may ayında havanın temperaturu normaya yaxın, nisbətən sərin illərdə normadan 0.9 dərəcə aşağı olub. Bu statistik məlumatların təhlili may ayında istiləşmə baş verdiyini göstərir. Yəni havanın temperaturu normadan yüksək olur”.

İstiləşmənin səbəblərinə gəldikdə U.Tağıyeva bunu bütün dünyanı narahat edən iqlim dəyişmələri ilə əlaqələndirib:

"Bildiyiniz kimi, bu gün iqlim dəyişmələri bütün dünyanı narahat edir. İqlim dəyişmələri ən çox özünü havanın temperaturunun yüksəlməsində göstərir. Ayrı-ayrı regionlar üzrə bu dinamika fərqlidir. Araşdırmalar göstərir ki, Azərbaycanda yay aylarında isti hava dalğalarının sayı artır. May ayına gəldikdə, son 15 il ərzində anomal isti dövrlər üstünlük təşkil edir. Bu, qlobal iqlim dəyişmələrinin regional təzahürləri ilə bağlıdır. Azərbaycanda da bu tendensiya özünü büruzə verir”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar