Xəzər Xəbər

DİM imtahanların nəticələrini açıqladı

Cəmiyyət | 17:26 • 8 May 2018
DİM imtahanların nəticələrini açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 15-də ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar və üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının I mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün keçirilmiş imtahanların nəticələri açıqlanıb.


XəzərXəbər-in xəbərinə görə, cavab kartlarının qrafik təsvirləri ilə Mərkəzin saytında tanış olmaq olar.

Xəbər lenti