Xəzər Xəbər

Yaşıl alça yemək üçün 11 SƏBƏB

Cəmiyyət | 16:07 • 7 May 2018
Yaşıl alça yemək üçün

Yaşıl alçanı xoşlamayan insan yoxdur.

Hələ bir də may ayı alça mövsümü olduğunu nəzərə alsaq, mənzərə tam aydın görünər. Amma alçanın insan orqanizminə faydaları da var. "Ölkə.Az” oxucularına alçanın faydalarını təqdim edir:

1.Yaşıl alçanın tərkibində təbii turşu miqdarı yüksəkdir. Bu turşular insan orqanizminə faydalıdır.


2.Alçanın tərkibindəki sitrik turşu laktik turşunu təsirsiz edir. Bu isə yorğunluğun qarşısını alır.


3.Yaşıl alçanı qatıq, ayran, pendir kimi süd məhsulları ilə qəbul edəndə kalsium miqdarı artır, diş və sümük sağlamlığına müsbət təsir edir.


4.Yumurta, ət, balıq, hindquşu kimi ağır proteinli qidalarla birlikdə qəbul edəndə bu qidaların turşu təsirini azaldır və neytrallaşdırmanı təmin edir. Bunun sayəsində arıqlamağa da faydalıdır.


5.Tərkibində kalisum/fosfor var. Eyni zamanda kalsiumun miqdarını artıran maddələr də var. Uşaq və yaşlı insan qidalanmasında tətbiq edilməli meyvədir.


6.Həzmi asanlaşdırır və qəbzlilik probleminin qarşısını alır.


7.Müntəzəm olaraq qəbul edəndə yaşıl alça diş ətlərini gücləndirir.


8.Tərkibində C vitamini var və sayəsində immunitet sistemini gücləndirir.

9.Dəmiri artırır və qanazlığının qarşısını alır. Xüsusilə qırmızı ət və yumurta qəbul etdikdən sonra alça yemək dəmiri daha da artırır.

10.Qocalmanın qarşısını alır, dərini yeniləyir. Tərkibində olan fitoflavonoidlər və vitaminlər toxuma və bağ yenilənməsini sürətləndirir. Bu isə arıqlama prosesini dəstəkləyir.


11.Qanın tərkibindəki şəkərin miqdarını normallaşdırır. Banan, kivi əncir kimi qanın tərkibindəki şəkəri sürətlə artırmır.

200 qram yaşıl alça cəmi 94 kaloridir. Duz ilə qəbul etmək şişkinliyə səbəb olur. Bundan başqa duzun başqa ziyanları da ola bilər. Bu səbəbdən həkimlər yaşıl alçanı duza batırıb yeməyi məsləhət görmürlər.

Xəbər lenti