Xəzər Xəbər

II və III ixtisas qrupu abituriyentlərinin nəzərinə!

Cəmiyyət | 11:18 • 7 May 2018
II və III ixtisas qrupu abituriyentlərinin nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) abiturientlərə müraciət edib.

DİM-in mətbuat xidmətindən verilən məlumata görə, mayın 13-də II və III ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

Xəbər lenti