Səyyar ASAN xidmət yeni məntəqələrdə vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bu barədə XəzərXəbər-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən
məlumat verilib. Belə ki, 20 aprel-19 may Şirvan şəhərində, 23 aprel-7
may Binə qəsəbəsində, 1-5 may Ağdaş, Qovlar şəhərlərində, 1-25 may Şabran rayonunda, 1-30 may Biləsuvar, Zaqatala şəhərlərində, 7-26 may Ağstafa rayonunda, 8 may-6 iyun Xırdalan şəhərində, 10 may-9 iyun İmişli rayonunda, 11-25 may Buzovna qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstəriləcək.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər
üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına
alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz
əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların
məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların
verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının
təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki
pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata
keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha
rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün
əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.