Xəzər Xəbər

Alimlərdən ŞOK ARAŞDIRMA Oxuduqdan sonra mütləq çay içəcəksiz

Cəmiyyət | 15:04 • 5 May 2018
Alimlərdən ŞOK ARAŞDIRMA

Çay insanın zehnini aydınladaraq diqqətini toplamasına kömək etdiyi üçün alimlər çay içən insanların yaradıcı olduğunu deyir.

Yeni elmi tədqiqatlara əsasən, çayın tərkibində olan teanin və kafein maddələri insanların sinir sistmeni oyaq saxlaması ilə bərabər, onların diqqətini də artırır. Tədqiqatçıların iddiasına görə, çay onu içdikdən az qala dərhal sonra zehni qabiliyyətinə təsir göstərmək gücünə malikdir.

Çinin Pekin Universitetindən olan bir qrup psixoloq aparılan tədqiqatları analzi edərək şərh verib. Onlar orta yaşları 23 olan 50 tələbənin iştirakı ilə maraqlı eksperiment aparıblar. Onlara qavrama və yaradıcılığa dair test sualları verməzdən əvvəl bu tələbələrin bir yarısına çay, digər yarısına isə adi su içirdiblər.

Testin birinci mərhələsində tələbələrə kubiklərdən "cəlbedici və yaradıcı" tikili qurmaq tapşırılıb. İkinci mərhələdə isə onlardan fantastik əriştə restoranına ad qoymaq tələb edilib.

Nəticələr isə eksperimentdə iştirak etməyən neytral tələbələr tərəfindən qiymətləndirilib. Orta hesabla testdən əvvəl çay içən tələbələrin yaradıclıq gücü reytinq cədbvəli üzrə 6,54 bal, su içənlərin isə 6,03 bal olaraq qeydə alınıb.

Restorana ad qoymaq tapşırığına görə isə çay içənlər 4,11, su içənlər isə 3,78 bal toplayıb.

Beləliklə nəticə olaraq çayın insan yaradıcılığına müsbət təsir etdiyi üzə çıxıb. Amma alimlər onu da əlavə edib ki, içilən çayın miqdarı az olduğu üçün nəticələrdə cüzi rəqəmlər rol oynayıb./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti