Bu gün Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə
zəif duman olacaq. Şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 22-27, Bakıda
gecə 14-16, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer
təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi
qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər
duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 5-7-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişlidir.