Xəzər Xəbər

Azərbaycanda 3 ay ərzində 148 nəfər İİV-ə yoluxub

Cəmiyyət | 16:12 • 30 Aprel 2018
Azərbaycanda 3 ay ərzində 148 nəfər İİV-ə yoluxub

Bu ilin 3 ayı ərzində İİV-ə yoluxması yeni aşkar olunanların sayı 148 nəfər təşkil edib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan verilən məlumata görə, İİV-ə yoluxanlardan 145-i (98%) Azərbaycan vətəndaşı, 3-ü (2%) isə əcnəbilərdir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 1 aprel 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6903 nəfər qeydiyyata götürülüb. Onlardan 6680-i (96,8%) Azərbaycan vətəndaşı, 223-ü (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5037-i (73%) kişi, 1866-sı (27%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 6903 nəfərdən 3087-də (44,7%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2270 (73,5%) nəfər dispanser qeydiyyatındadır. 01.04.2018-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4367 nəfər təşkil edib ki, onların da 1823 nəfəri İNİ olub. Cari ilin 3 ay ərzində isə ART-yə cəlb olunan 160 pasiyentdən 18 nəfərində İNİ aşkar edilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti